“Təklif edirəm ki, 6 dekabr tarixi Qərbi Azərbaycanlıların deportasiyası günü kimi təqvimimizdə öz əksini tapsın”.

Bu fikirləri Qərbi Azərbaycan İcmasının nəzarət təftiş komissiyasının üzvü, deputat Musa Quliyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə bildirib.

“Dinləmənin bugünkü günə salınması təsadüfi deyil. Çünki məhz 1988-ci ilin 6 dekabrında Nüvədi kəndi istisna olmaqla, Qərbi Azərbaycanda azərbaycanlıların sonuncu deportasiyası başa çatdı. Bu gün də həmin deportasiyanın 35 ilidir. Ona görə də təklif edirəm ki, 6 dekabr və ya bu ayın başqa günlərindən biri Qərbi Azərbaycanlıların deportasiyası günü kimi təqvimdə tarixləşdirək və hər ilin bu tarixini qeyd edək”, – deputat vurğulayıb.