“International Data Corporation” (IDC) şirkəti 2020-ci il üçün dünya informasiya texnologiyaları (İT) bazarı üzrə proqnoz dərc edib.

Məlumata görə, 2020-ci ilin yekunları üzrə qlobal İT bazarında xərclərdə 5 faizə yaxın artım gözlənilir. Artıma beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafı və kommersiya bazarında müvafiq smartfonlara tələbatın yüksəlməsi kömək edəcək.

Mobil qurğular kateqoriyası nəzərə alınmadan bu il İT sahəsində 4 faiz artım proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə bu göstərici 7 faiz təşkil edib.

Proqram təminatı seqmentində xərclərin artımı ötənilki 10 faizdən 9 faizədək azalacaq. İT servisləri seqmentində bazar həcminin artım tempi isə 4 faizdən 3 faizədək enəcək.

Fərdi kompüterlər bazarında xərclərin 6 faiz azalacağı ehtimal edilir. Ötən il bu istiqamət 7 faizlik artım nümayiş etdirib.

Analitiklərin fikrincə, bu il İT sahəsinə hazırda müşahidə edilən koronavirus epidemiyasının yayılması ümumilikdə mənfi təsir göstərəcək. Xəstəlikdən bu və ya digər seqmentlərin zərər çəkəcəyi proqnozlaşdırılır.

Oxumağa dəyər:   İtaliyada koronavirus qurbanlarının sayı 13 mini ötdü

Nizam Nuriyev

İstinadlar ict news