2020-ci ilin ikinci yarısında “Apple” korporasiyası “5G” seqmentdə liderlik üçün mübarizəyə qoşulacaq və bu, brendlər arasında qüvvələr nisbətini dəyişdirəcək.

Beşinci nəsil şəbəkələrini dəstəkləyən mobil telefonların satış həcmi bu il 234 milyona yaxınlaşacaq. Nəticədə smartfonlar bazarında “5G” modellərin bazar payı 15% təşkil edəcək. Bundan əvvəl mütəxəssislər bildirmişdilər ki, 2019-cu ildə qlobal bazara 18,6 milyon “5G” smartfonu tədarük edilib və bunu nəzərə alaraq belə qurğuların nüfuzetmə səviyyəsi təxminən 1% qiymətləndirilirdi.

Mütəxəssislər hesab edirlər ki, 2020-ci ildə “Huawei” şirkəti daha çox “5G” smartfonu satacaq, Çin şirkətinin töhfəsi 27,3% səviyyəsində gözlənilir. 21,4% göstəriciyə malik “Apple” şirkəti ikinci yeri tutacaq. ABŞ korporasiyasının 2020-ci ilin payızında “5G” şəbəkələrinə uyğun ilk “iPhone” smartfonunu təqdim edəcəyi gözlənilir. 2019-cu ildə “5G” smartfonların tədarük həcminə görə lider olan “Samsung Electronics” şirkəti bu dəfə 17,8% göstərici ilə üçüncü yeri tutacaq.

Emil Hüseynov

İstinadlar ict news