Çinin “Huawei” texnoloji nəhəngi şirkətin robot texnikası, simbiotik iqtisadiyyat, insan və kompüterin qarşılıqlı əlaqəsi, eləcə də beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) üzrə əsas fəaliyyət istiqamətlərinin təsvir olunduğu hesabat dərc edib.

Şirkətin proqnozuna görə, 2025-ci ilədək əlavə və reallıq qurğularının istifadəçi bazası 337 milyona çatacaq, əlavə və reallıq texnologiyalarından istifadə edən şirkətlərin sayı isə 10 faiz artacaq.

Həmçinin qeyd olunur ki, hesabat dövründə qlobal “5G” şəbəkəsinin əhatə dairəsi 58 faizə yüksələcək. Həmin müddət ərzində dünyada internet istifadəçilərinin sayı 6,2 milyard nəfər təşkil edəcək. İnternet şirkətlərə insanların maraq, rəğbət və şəxsiyyətlərinə əsaslanan fərdiləşdirilmiş məhsul və xidmətlər göstərməyə kömək üçün böyük həcmdə məlumatlar generasiya edəcək.

Bundan əlavə, 2025-ci ilədək böyük şirkətlərin 97 faizi süni intellekt texnologiyalarından istifadə edəcək. Smartfonların istifadəçi bazası 6,1 milyard nəfərə bərabər olacaq.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Oxumağa dəyər:   "Android" sistemindəki boşluq kamera vasitəsilə casusluq etməyə imkan verib

Nizam Nuriyev

İstinadlar ict news