“Xiaomi” həmtəsisçisi və prezidenti Lin Bin şirkətin beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən smartfonların buraxılışı ilə bağlı planlarını açıqlayıb.

Çin şirkəti “5G” istiqamətinin inkişafına böyük diqqət yetirmək niyyətindədir. Məsələn, artıq 2020-ci ildə “Xiaomi” qiyməti 300 dollardan baha bütün smartfonları “5G” dəstəyi ilə təchiz etməyi planlaşdırır.

Yaxın günlərdə şirkət tərəfindən “5G” modifikasiyasında da buraxılacaq “Redmi K30” smartfonlarının təqdimatı nəzərdə tutulur. Şirkət prezidenti bu qurğuların buraxılışını şərh edib.

“Redmi K30” modelindən başlayaraq bütün “5G” smartfonları “NSA” və “SA” şəbəkələrini dəstəkləyəcək”, – o qeyd edib.

Başqa sözlə, “5G” dəstəkli gələcək “Xiaomi” smartfonları avtonom olmayan (NSA) və avtonom olan (SA) arxitekturalı beşinci nəsil mobil rabitə şəbəkəsini təmin edəcək modemlə təchiz ediləcək.

Məlumata görə, bu qurğular bütün dünyada işləyəcək. “5G” dəstəyi ilə yanaşı, bütün əvvəlki nəsil şəbəkələrdə işləmə imkanının tətbiq ediləcəyi gözlənilir.

“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, “Xiaomi” aparıcı smartfon tədarükçüləri reytinqində dördüncü yeri tutur. Bu ilin üçüncü rübündə şirkət 32,7 milyon qurğu tədarük edərək dünya bazarında 9,1 faiz paya sahib çıxıb.

Oxumağa dəyər:   Ərdoğan Haftarla danışıqlar masasına əyləşməkdən imtina edib

Nizam Nuriyev

İstinadlar ict news