“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və “Honor Play 4 Pro” smartfonlarını təqdim edib.

“Honor Play 4” modeli “MediaTek Dimensity 800” prosessoru, “Full HD” təsvir ölçülü 6,71 düym diaqonallı ekran və displeyin yuxarı hissəsində yerləşən ön kamera ilə təchiz edilib.

Arxa tərəfdə 64 meqapikselli əsas sensor, 8 meqapikselli enlibucaqlı obyektiv, 2 meqapikselli makroobyektiv və 2 meqapikselli dərinlik sensorundan ibarət dörd kamera yerləşir.

Digər texniki xüsusiyyətlər kimi “VC” maye-soyutma texnologiyası və 22,5 vatt gücündə sürətli enerjidoldurmaya malik 4300 milliamper/saat tutumlu batareya qeyd olunur.

“Honor Play 4 Pro” kiçik versiyadan daha məhsuldar proqram təminatı ilə fərqlənir. Onun əsasını “Kirin 990 5G” prosessoru, 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış təşkil edir. Ekranın diaqonalı 6,81 düym təşkil edir. Əsas kameraya 40 meqapikselli “Sony IMX600” sensoru daxildir.

“Honor Play 4 Pro” batareya tutumu 4300 milliamper/saata bərabər olan 40 vattlıq sürətli enerjidoldurma funksiyasını dəstəkləyir. Yeni modelin daha bir fərqləndirici cəhəti onun temperaturu mənfi 20 dərəcədən Selsi üzrə 100 dərəcəyədək ölçən infraqırmızı temperatur sensoruna malik olmasındadır.

Nizam Nuriyev

İstinadlar ict news