“Technavio” analitiklərinin proqnozuna görə, 2023-cü ildə beşinci nəsil (5G) şəbəkələri üçün qlobal avadanlıq bazarının həcmi 2019-cu illə müqayisədə 16,28 milyard dollar yüksələcək. Belə məhsullara sərf olunan xərclər təxminən hər il 71% artacaq.

Araşdırmaya görə, “5G” avadanlıq bazarının çox hissəsinə bir neçə istehsalçı nəzarət edir. Belə şirkətlər arasında “Huawei Technologies”, “Nokia”, “Samsung Electronics”, “Ericsson” və “ZTE” var.

“Samsung” 2019-cu ilin sonunda özünü “5G” avadanlıq bazarının lideri adlandırıb və ilk yarımilliyin nəticəsinə görə bazar payı 28% təşkil edib. “IHS Markit” tədqiqat şirkətinin məlumatına əsasən, 2019-cu ildə mobil şəbəkələr üçün qlobal qurğular bazarında “Samsung”un bazar payı təxminən 11% təşkil edib ki, bu da ötənilki nəticədən (5%) 2 dəfə yüksəkdir.

“Technavio” şirkətinin analitiklərinin sözlərinə görə, “5G” avadanlığa tələbatın artması “ağıllı” şəhərlərdə yüksəksürətli mobil şəbəkələrin tətbiqi ilə izah edilir.

Emil Hüseynov

İstinadlar ict news