Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) İstanbullu millət vəkili Gürsel Tekin xəbər aparıcısı Mehtap Özkanla ailə həyatı qurub.

Cütlüyün nikah mərasimi Çırağan Sarayında baş tutub. 57 yaşlı Gürsel Tekin məhz bu səbəbdən çoxsaylı tənqidlərə məruz qalıb.

Bununla yanaşı, 32 yaşlı Mehtap Özkanla Gürsel Tekin arasında 25 yaş fərqin olması da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bu tənqidlərdən sonra Gürsel Tekin öz rəsmi tviter hesabından məsələ ilə bağlı açıqlama verərək bunları söyləyib: “Toy etmədik, sadə bir nikah mərasimi təşkil etdik. 8 nəfər ailə üzvümüz və biz ikimiz”.

Həmçinin sərvəti ilə bağlı tənqid olunan Tekin sərvət düşməni olmadığını, lakin sərvətinin də olmadığını bildirib.

Qeyd edək ki, Gürsel Tekin ötən il ikinci həyat yoldaşı Nihan Tekindən ayrılıb.

 



İstinadlar Qafqazinfo