Xalq artisti Məleykə Əsədovanın son paylaşımı müzakirələrə səbəb olub.

Pilates dərsindən fotolarını paylaşan 56 yaşlı aktrisa ideal forması ilə diqqət çəkib.

M. Əsədova idmanın sağlamlıq olduğunu qeyd edib: “İnsanın ruhuna təsir edir”.

Sosial şəbəkə istifadəçiləri paylaşıma “bu yaşda bu cür gözəl və fit qalmaq”, “Maşallah”, “supersiniz” və s. şərhlər yazıb, aktrisanın ünvanına təriflər yağdırıblar.