Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov iki gündür ki,  sosial şəbəkərlərdə tənqid atəşinə tutulur. 

Səbəb İlqar Məmmədovun yersiz zarafatı olub. REAL sədri “Facebook”da “Depeche Mode” musiqi qrupunun “Where is revolution?”(Hanı inqilab?) mahnısını belə bir qeydlə paylaşıb:

“1980-90-ların ən sevdiyim qrupu Depeche Mode sən demə hələ də oxuyur: Məhsul stadionunda çəkdirdiyi klipin adı “Ə, bə inqilaf nooldu?”.

İlqar Məmmədov bu paylaşımı ilə siyasi və ictimai fəlların tənqidlərinə tuş gəlib. REAL sədri paylaşımı silsə də, tənqidlərin arası kəsilməyib. Hətta İlqar Məmmədova simpatiyası olanlar belə, onun prezidentliyə iddialı şəxs olduğunu xatırladaraq bu tip zarafatları ilə reytinqdən düşəcəyini bildiriblər.