Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib. 

Yanvarın 28-dən iyulun 8-dək şəhid, qazi və müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 480 şəxs işlə təmin olunub.

İyulun 8-dən etibarən Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən start verilən “Məşğulluq marafonu”na qoşulub. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Təhsil Nazirliyi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya mütəmadi olaraq daxil edilməkdədir.  İyulun 8-dən 27-dək nazirlik tərəfindən 230 vakansiya müvafiq elektron platformaya daxil edilib və 21 nəfər işlə təmin olunub. Həmin vakansiyalar Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərin məşğulluğunun təmin olunması üçün nəzərdə tutulub.

İstinadlar Qafqazinfo