5 tondan çox narkotik məhv edildi

Şəkidə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

DİN-dən verilən məlumata görə, ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo

5 tondan çox narkotik məhv edildi

Gəncədə və Ağstafada külli miqdarda narkotik məhv edilib

Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Qarayazı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 5 ton 440 kiloqram olan 6800 ədəd, Kəpəz RPİ–nin əməkdaşları tərəfindən isə Gəncə şəhəri ərazisində yabanı halda bitmiş 1867 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.