“Əkin mövsümü ilə əlaqədar bütün regionların meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”.

Bu barədə Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov məlumat verib.

O bildirib ki, son beş gündə ölkənin meşə fondu ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 50 mindən artıq ağac tingi əkilib, 8 tondan çox toxum səpilib.

“Payız əkin planına uyğun  olaraq meşəbərpa tədbirləri bu gün Sabirabad, Masallı, Lənkəran, Şəki və Qəbələ rayonlarının meşə fondu torpaqlarında keçirilib və 8 mindən artıq müxtəlif növ ağac əkilib, 770 kiloqram toxum səpilib”.

İstinadlar Qafqazinfo