“Vaksinasiyaya sosial mediada yumoristik videolarla yox, elmi baxımdan yanaşsaq, nəticə daha səmərəli olar”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib. 

O bildirib ki, hazırda Təhsil Nazirliyinin vaksinasiya oluna biləcək əməkdaşları arasında Bakı, Sumqayıt və Abşeronda 17 minə yaxın, bölgələrdə 32 mindən çox müəllim var: “Dərslərin əyani bərpasından sonra da gündəlik şagird və müəllimlərin virusa yoluxma statistikasını açıqlayacağıq. Çünki bu göstərici vəziyyəti düzgün başa düşməyə bizə kömək edəcək. Bundan öncəki əyani təhsilin bərpası zamanı şagirdlər arasında məktəbdaxili yoluxma qeydə alınmamışdı. Yalnız müəllimlər arasında belə hal var idi. Şagirdlərin yoluxması isə evlərdən, ailədən qaynaqlanırdı”.

İstinadlar Qafqazinfo