Birinci Qarabağ müharibəsi zamanı 47 gün erməni əsirliyində qalan Qənahət Məhəmmədəli oğlu Hacıyev dünyasını dəyişib.

O, xəstəlik səbəsindən vəfat edib.

Qeyd edək ki, Q.Hacıyev 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələrinin törətdiyi Xocalı soyqırımı zamanı əsir düşmüşdü. Daha sonra o, erməni əsirlə dəyişdirilmişdi.

Qənahət Hacıyev müsahibələrinin birində əsirlikdə qaldığı 47 gün ərzində 65 kiloqram arıqladığını bildirmişdi.

İstinadlar Qafqazinfo