
“TexnikaBank”dan 45 milyon manat mənimsəməkdə təqsirləndirilən iş adamları – Rauf Kərimov və Cavidan Hacıyevin barələrindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun icraatında olan prosesdə qərar elan edilib.
Qərara əsasən, hökm dəyişdirilib. R.Kərimovun cəzası 13 il 6 aya, C.Hacıyevin cəzası isə 9 il 6 aya endirilib.
İttihama görə,”İnteralyans” MMC-nin təsisçisi Cavidan Hacıyev və “Meridian Company” MMC-nin təsisiçisi Rauf Kərimov bir neçə şirkət yaradaraq onların adına “TexnikaBank”dan kredit götürüblər. Bu yolla R.Kərimov 25,8 milyon manat, C.Hacıyev isə 18,7 milyon manat kredit götürərək qaytarmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 13 il 11 ay, C.Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.