Qusar rayonunda yaşayış evi yanıb.

Hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb. Yanğın zamanı evin sahibi, 1981-ci il təvəllüdlü Babayev Əsfər Əmirağa oğlu yanaraq ölüb.

Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Əsfər Babayevin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırmalar aparılır.

İstinadlar Qafqazinfo