Ötən ayın 27-də Samur-Abşeron kanalında batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Quba rayonu, Hacıhüseynli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları başa çatıb. Onun meyiti kanalın Qubanın Barlı qəsəbəsi ərazisindən keçən hissəsində (batdığı ehtimal olunan yerdən təqribən 8 km aralı)  tapılıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo