Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • NATO hərbi doktrinasını köklü şəkildə dəyişdirməyi planlaşdırır
  • Bodrum sahilində zəlzələ olub
  • Ağ Evdə Trampa sui-qəsd səhnəsi… – Foto
  • Çin rabitə texnologiyalarını sınamaq üçün “Shiyan-19” peykini uğurla orbitə buraxıb
  • ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyaları genişləndirib
  • NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib
  • Bloomberg: Avropa ABŞ-nin rüsumları səbəbindən çətin vəziyyətdə qalıb
  • BƏƏ və İran XİN başçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər
  • BMT Tripolidə gərginliyin artmasından narahatlığını ifadə edib
  • 10 ildən sonra loqosunu yenilədi
  • NATO hərbi doktrinasını köklü şəkildə dəyişdirməyi planlaşdırır
  • Bloomberg: Avropa ABŞ-nin rüsumları səbəbindən çətin vəziyyətdə qalıb
  • BMT Tripolidə gərginliyin artmasından narahatlığını ifadə edib
  • Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər
  • “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
  • ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
  • Zelenski Trampın İstanbuldakı danışıqlara qatılmasını istəyir
  • Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib
  • Həmin kahalarda günlərlə ac-susuz qalıblar… – Fotolar
  • KİV: Hindistan və Pakistan qoşunların sərhəddən geri çəkilməsini nəzərdən keçirəcək
  • Ərdoğan Rusiya və Ukraynaya çağırış edib
  • “Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” – Ərdoğan
  • Starmer Britaniyanın miqrasiya siyasətinin daha sərt olacağını açıqlayıb
  • Hindistan Baş naziri Pakistana hava hücumlarını dayandırdıqlarını açıqlayıb
  • Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
  • “Yaşlı kişini yandırmışdılar, bircə başı qalmışdı”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
“3D” printerdə ördək ayaqları çap edilib – VIDEO
21/04/2016 15:45
Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
12/05/2025 16:23
Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
12/05/2025 10:08
Ötən həftə 16 azyaşlı xilas olunub – Video
12/05/2025 10:02
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
11/05/2025 15:50
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video
11/05/2025 12:38
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video
11/05/2025 10:35
Prezidentin bugünkü çıxışının – Videosu
10/05/2025 23:17
Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video
10/05/2025 11:59
Polis Akademiyasının kursantlarından fləşmob – Video
10/05/2025 09:38
Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO
09/05/2025 21:55
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO
09/05/2025 20:26
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO
09/05/2025 19:38
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar
09/05/2025 13:35
“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video
08/05/2025 17:47
Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO
08/05/2025 11:38
Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+
07/05/2025 18:28

Video xəbərlər

  • Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO
  • Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
  • Ötən həftə 16 azyaşlı xilas olunub – Video
  • “Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
  • Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

13/05/2025
07:17 NATO hərbi doktrinasını köklü şəkildə dəyişdirməyi planlaşdırır
06:41 Bodrum sahilində zəlzələ olub
06:20 Ağ Evdə Trampa sui-qəsd səhnəsi… – Foto
05:46 Çin rabitə texnologiyalarını sınamaq üçün “Shiyan-19” peykini uğurla orbitə buraxıb
05:44 ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyaları genişləndirib
04:47 NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib
04:26 Bloomberg: Avropa ABŞ-nin rüsumları səbəbindən çətin vəziyyətdə qalıb
03:53 BƏƏ və İran XİN başçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər
02:20 BMT Tripolidə gərginliyin artmasından narahatlığını ifadə edib
01:20 10 ildən sonra loqosunu yenilədi
00:56 Respublikaçılar Konqresdə böyük vergi qanun layihəsini təqdim ediblər
00:26 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
00:13 ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:10 Bakıda mağazanın tualetindən meyit tapıldı
00:08 Şəhid atası vəfat etdi
12/05/2025
23:47 Suriya Prezidenti Ərəb Dövlətləri Liqasının sammitində iştirak etməyəcək
23:11 Qətər ABŞ ilə Suriyaya qarşı sanksiyaların ləğvi barədə razılığa gəlmək niyyətindədir
23:02 ICAO: MH17 reysinin qəzasına görə Rusiya məsuliyyət daşıyır
22:50 Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir
22:47 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi infarkt keçirdi – Həyatını itirdi
22:28 41 yaşlı kişi atdan yıxılıb öldü
22:26 Zelenski Trampın İstanbuldakı danışıqlara qatılmasını istəyir
22:08 ABŞ PKK-nın ləğvini alqışlayıb: Bu, sivilizasiya üçün qələbədir
21:47 Fidan Rubio ilə Ukraynanı müzakirə edib
21:43 Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqlayıb
21:41 Azərbaycan səfiri Qətərin parlament sədri ilə əməkdaşlığı müzakirə edib
21:29 Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21:19 Səs yazısı yayılan direktor işdən çıxarıldı
21:17 Ərdoğan Zelenski ilə telefon danışığında Rusiya-Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib
21:17 Həmin kahalarda günlərlə ac-susuz qalıblar… – Fotolar
21:02 Ağdamda 32 yaşlı kişini ilan sancıb
20:59 Sumqayıtda partlayışla nəticələnən yanğın qeydə alınıb
20:53 Türkiyə Prezidenti PKK-nın özünü ləğvinə münasibət bildirib
20:50 Romada “Milli kimlik, Müqavimət və Suverenlik: Korsika üçün Perspektivlər” adlı tematik konfrans keçiriləcək
20:46 KİV: Hindistan və Pakistan qoşunların sərhəddən geri çəkilməsini nəzərdən keçirəcək
20:44 Ərdoğan Rusiya və Ukraynaya çağırış edib
20:38 “Qazananlar şəhid ailələri və kürd qardaşlarımdır” – Ərdoğan
20:29 Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək – Bu dəfə 5 gün
20:23 Ukrayna ABŞ ilə sazişi ratifikasiya edib
20:20 Türkiyədə 17 tələbə qidadan zəhərlənib
20:11 HƏMAS İsrail və ABŞ vətəndaşlığı olan girovu azad edib
20:08 Starmer Britaniyanın miqrasiya siyasətinin daha sərt olacağını açıqlayıb
20:05 Türkiyədə heyvan mənşəli yoluxucu xəstəlik yayılıb, karantin elan edilib
19:53 Tramp Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı Ərdoğanla işləməyə hazır olduğunu bildirib
19:50 Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
19:41 Hindistan Baş naziri Pakistana hava hücumlarını dayandırdıqlarını açıqlayıb
19:32 Tramp İstanbulda Rusiya-Ukrayna danışıqlarına qoşula bilər
19:23 Sumqayıtda marketin yaxınlığında 67 yaşlı qadının meyiti aşkarlanıb
19:05 Tramp Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək görüşün vacibliyini vurğulayıb
18:53 “Yaşlı kişini yandırmışdılar, bircə başı qalmışdı”
18:35 Azərbaycan XİN: PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq
18:31 “Bütün qardaş Türkiyə xalqını PKK-nın ləğvi münasibətilə təbrik edirəm”
18:29 Tramp Si Cinpinlə telefon danışığı aparacaq
18:20 Həftəsonunu Qəbələdə keçirmək istəyənlərin nəzərinə!
18:17 ABŞ və HƏMAS yaxın vaxtlarda Qəzzada atəşkəs barədə razılığa gələ bilər
18:11 Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yaydı
17:47 İsrail nümayəndə heyəti mayın 13-də Qətərə səfər edəcək
17:32 Hökumətin sözçüsü: İran Putinin səfərinə hazırlaşır
17:23 Qəzaya düşən traktor aşdı, yaralılar var – Fotolar
17:15 Pərviz Şahbazov nazirlikdə vətəndaşları qəbul edib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

“3D” printerdə ördək ayaqları çap edilib – VIDEO

Multimedia 21/04/2016 15:45
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ABŞ-ın Oklahoma ştatının müəllimi məktəb “3D” printeri vasitəsilə ördək ayaqları çap edib.

Filipp adlı ördək ayaqlarının aşağı hissəsini donvurma nəticəsində itirib. Ördəyin sərbəst hərəkət edə bilməməsini görən heyvan sahibi ona kömək etmək qərarına gəlib.

Bu məqsədlə heyvan sahibinin tanışı olan müəllim-mühəndis məktəb “3D” printerinin köməyi ilə ördək üçün plastik ayaqlar çap edib. İlkin konstruksiya heyvan üçün əlverişli olmadığına görə müəllim heyvan sahibi ilə birlikdə onu sonrakı altı həftə ərzində təkmilləşdirməyə çalışıb. Nəticədə onlar “NinjaFlex” plastikini 36 saat ərzində çap edərək bir cüt ördək ayağı yaratmağa nail olublar.

Bildirilir ki, yeni plastik ayaqlara tez öyrəşən heyvanın hazırda özünü tarazlamaqla bağlı problemi olsa da, heyvan sahibinin fikrincə, o, tədricən sərbəst yeriyə biləcək.(ict news)

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Multimedia 12/05/2025 16:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

8–12 may tarixlərində iş adamı Tahir Gözel, AfCFTA-nin Baş katibi Wamkele Menenin dəvəti əsasında Zambiyanın paytaxtı Lusaka şəhərində keçirilən “Rəqəmsal Ticarət” Forumunda iştirak edib.

Tahir Gözel çıxışına ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında oynadığı rolu vurğulayaraq başlamış, daha sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi nailiyyətləri, xüsusilə innovasiya sahəsindəki inkişafı diqqətə çatdırıb.

Afrika ölkələrinin rəqəmsal transformasiya səylərinə Azərbaycanın verə biləcəyi töhfələrə toxunan Tahir Gözel, “ASAN Xidmət” modelinin uğurunu, Kosmik Agentlik (“Azərkosmos”) və Gözelin təsis etdiyi “Proxima Tech Solutions” şirkətinin texnoloji həllərini təqdim edib, bu sahədə dəstəyə hazır olduqlarını bildirib. O, tərəfdaşlığın genişləndirilməsi üçün Afrika ölkələrindən olan nümayəndə heyətlərini texnoloji potensialla yerində tanış olmaq məqsədilə Azərbaycana dəvət edib. Gözelin çıxışı forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış və eyni zamanda nüfuzlu CNBC telekanalında geniş şəkildə yayımlanıb.

Oxumağa dəyər:   Tanınmış bloqerlərə güvənib pullarından oldular... - Video

Tahir Gözel səfər müddətində həm də bir sıra Afrika ölkələrinin hökumət nümayəndələri ilə ikitərəfli görüşlərdə iştirak edib, Nigeriyanın Sənaye, Ticarət və İnvestisiya naziri Jumoke Oduwole, Zambiyanın Texnologiya və Elm naziri Felix C. Mutati, eləcə də Rwandanın Ticarət və Sənaye naziri Prudence Sebahizi ilə görüşlər keçirib.

Görüşlər zamanı Tahir Gözel Azərbaycanın rəqəmsal sahədə əldə etdiyi nailiyyətlər, o cümlədən rəqəmsal xidmətlərin ixracı potensialı barədə ətraflı məlumat verib. Xüsusilə, “ASAN Xidmət” modelinin uğuru və “Proxima Tech Solutions”un təqdim etdiyi qabaqcıl texnoloji həllər vurğulanıb. O, həmçinin Afrika ölkələri ilə elektron hökumət platformalarının qurulması, kibertəhlükəsizlik sistemlərinin tətbiqi və süni intellekt əsaslı xidmətlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını təqdim edib.

Zambiyanın Texnologiya və Elm naziri cənab Felix C. Mutati ölkənin texnologiya sahəsindəki inkişafını yaxından görmək məqsədi ilə Azərbaycanı ziyarət etməyi planlaşdırdığını bildirib. Rwandanın Ticarət və Sənaye naziri cənab Prudence Sebahizi isə Prezident Paul Kagamenin rəqəmsal transformasiya sahəsinə xüsusi diqqət ayırdığını qeyd edərək, Azərbaycanın rəqəmsal idarəetmə sistemləri ilə yaxından tanış olmaq istədiyini ifadə edib. Ətraflı məlumat alan nazirlər, Azərbaycana olan ehtiramlarını vurğulayaraq tərəfdaşlığa açıq olduqlarını qeyd ediblər.

Oxumağa dəyər:   Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib - VİDEO

Bu görüşlər Afrika ilə Azərbaycanın rəqəmsal sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Multimedia 12/05/2025 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.

Onlar tanınmış bloqerlərin də reklam etdiyi bu şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.

Zərərçəkənlərdən birinin sözlərinə görə, “Daşqın əmlak ofisi” adlanan şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.

Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış bloqerlər olub: “Miri və Tərlan adlı bloqerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.

Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var: “10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.

Oxumağa dəyər:   Tanınmış bloqerlərə güvənib pullarından oldular... - Video

“TikTok”da bloqer Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib: “Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.

Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Multimedia 12/05/2025 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Multimedia 11/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.

“Haber Global” telekanalının əməkdaşı sözgedən şəhərdə olub.

Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.

Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.

Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.

Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Multimedia 11/05/2025 12:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumata görə, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Multimedia 11/05/2025 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Bu FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü çıxışının – Videosu

Multimedia 10/05/2025 23:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Multimedia 10/05/2025 11:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır.

Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

Onun sözlərinə görə, aktyorun yeganə övladı uzun müddət öncə Azərbaycandan gedib: “Niyə görə gedib? Küsüb gedib? Nə baş verib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və nə üçün qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsələr də, qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Ceyhun qızı Mirzəyeva …”

Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış – 1993-cü il martın 5-də vəfat edib.

Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.

Daha ətraflı videomaterialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Multimedia 10/05/2025 09:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Polis Akademiyasının kursantları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan fləşmob keçiriblər.

Fləşmobda “Tarix yazan lider, tarix yazan imza” və “Əbədi yaşa, Ümummilli Liderimiz” kompozisiyaları nümayiş olunub.

Fləşmob videosunu təqdim edirik:






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Multimedia 09/05/2025 21:55
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verilib.

Səfər zamanı lentə alınan kadrlarda Prezidentlə xanımının səmimi görüntüləri də yer alıb.

Görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Multimedia 09/05/2025 20:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Multimedia 09/05/2025 19:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi elmi tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Pakistan nümayəndə heyətini salamlayaraq, Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbi təhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxın gələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələri barədə danışıqlar aparılıb.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Multimedia 09/05/2025 13:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür. 

Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Multimedia 08/05/2025 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Nə qədər insan saatlarla dayanacaqda avtobus gözləyir. 105 saylı avtobus xətti vətəndaşlara çətinliklər yaradır”. 

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Balaxanı sakini müraciət edib. 

Sərnişinlərin sözlərinə görə, 8-ci kilometr bazarından Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən həmin xəttin avtobusları yararsız vəziyyətdə olduğundan xidmət göstərə bilmirlər: “Nəticədə biz insanlar əziyyət çəkirik, uşaqları məktəbə belə aparmaq olmur. Yığılıb saatlarla avtobus gözləyirik. Əvvəlki marşrutlarda belə problem yox idi, interval da normal idi. Ancaq bu yenitipli avtobuslar problemlidir. Taksidən istifadə etməyə ehtiyac yaranır. Bunu da hər dəfə çatdırmaq olmaz”. 

Vətəndaşlar, həmçinin iddia edir ki, bu avtobusların sənəd problemləri də var: “Uzun müddət gözlədik, 2 saat sonra avtobus gəldi. Bu zaman isə DYP əməkdaşları tərəfindən saxlanıldı. Bizim bildiyimizə görə, buna səbəb avtobusun sənədlərində problemin olmasıdır. Avtobusun rəngi ilə bağlı problem yaranıb. Belə ki, onların rəngi sənəddə ağ qeyd olunsa da, qırmızıdır. Bunun əziyyətini biz çəkirik, başqa heç bir məlumata sahib deyilik. İstəyirik ki, hər gün vaxtında işimizə çataq. Qiymətlərlə bağlı da problem var. Kartımızdan bir dəfə 55, bir dəfə 60, bir dəfə də 80 qəpik çıxır. Nə qiymətləri tənzimləyirlər, nə də vaxtında vətəndaşa xidmət göstərirlər. Bundan öncəki daşıyıcı şirkətdən razı idik”.

Oxumağa dəyər:   Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib - VİDEO

Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab isə belə oldu: “105 saylı marşrut xətti üzrə avtobusların bir neçəsi texniki qeydiyyat şəhadətnamələrində xırda uyğunsuzluq səbəbindən xəttdən kənarlaşdırılıb. Hazırda həmin avtobuslar xəttə qaytarılaraq fasiləsiz sərnişindaşıma fəaliyyəti təmin edilib”. 

Sakinlərin saytımıza göndərdiyi videodan da aydın olur ki, sərnişin sıxlığı səbəbindən avtobus qapısı açıq şəkildə hərəkət edir və bu da kifayət qədər təhlükəli vəziyyət yaradır:

Fidan Etibar

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Multimedia 08/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı rayonunda şəhid bulağına bir neçə şəxs tərəfindən müdaxilə edilməsi ilə bağlı görüntülər yayılıb.  

Bu barədə “Kanal 21” səhifəsi paylaşım edib.

Mənbədə qeyd olunub ki, adıçəkilən ərazidəki şəhid bulağı gecə saatlarında bir neçə şəxs tərəfindən dağıdılıb. Videoda həmin şəxslərin ilk olaraq bulağın işığını söndürməsi öz əksini tapıb. Bildirilib ki, həmin şəxslər bunu kameradan kimlikləri bəlli olmasın deyə ediblər.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şəhid Elmaz Hacıyevin adına artıq mövcud olan bulaq-abidə kompleksinə baxmayaraq, şəhidin anası Səxavət Hacıyeva və qardaşı tərəfindən həmin kompleksin bilavasitə yaxınlığında yeni bulaq-abidə kompleksinin inşası işləri həyata keçirilir.

Qeyd olunan tikinti ilə bağlı müvafiq qurumlara müraciət olunması üçün şəhid ailəsinə Rayon İcra Hakimiyyəti tərəfindən tövsiyələr verilsə də, göstərilən tapşırıqlara əməl olunmadan tikinti işləri davam etdirilib. Eyni zamanda, bulaq tikintisinin aparıldığı ərazinin ona məxsus olduğunu iddia edən vətəndaş Arzuman Şalı oğlu Əliyev tərəfindən müvafiq torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması barədə Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunub. 

Oxumağa dəyər:   Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib - VİDEO

Tikinti prosesi zamanı tərəflər arasında narazılıq yaranıb, ilkin ehtimallara əsasən, ərazidə qeydə alınan söküntü işləri torpaq mülkiyyəti iddiası irəli sürən vətəndaş tərəfindən həyata keçirilib. Əlavə olaraq məlumat üçün bildiririk ki, şəhid bulağının qarşı tərəfində, şəhid ailəsi tərəfindən müvafiq razılıq və icazələr olmadan qanunsuz inşa edilərək hal-hazırda fəaliyyət göstərən qeyri-yaşayış təyinatlı obyekt mövcuddur”.

Qeyd edək ki, şəhid Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb, noyabrın 4-də şəhid olub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Laçının azad olunmasına görə” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sözügedən görüntüləri təqdim edirik: 

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Multimedia 07/05/2025 18:28
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatlarla əlaqədar dərhal qurumun Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Hacıqabul rayonunda intensiv yağışlarla əlaqədar subasmaya məruz qalmış ərazilərdə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən Hacıqabul şəhəri, rayonun Muğan qəsəbəsi və Şorbaçı kəndində su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 12/05/2025 16:23

Tahir Gözel Zambiyada rəqəmsal sahədə tərəfdaşlıq danışıqlarında iştirak edib – VİDEO

Read more
Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
Multimedia 07/05/2025 12:56

Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana – Hökm oxundu – VİDEO

Read more
Multimedia 07/05/2025 11:59

FHN mülki müdafiə məşqi keçirdi – Video

Read more
Hadisə 07/05/2025 11:18

Sabirabadda 1000 kv metrə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub – VİDEO

Read more
Multimedia 06/05/2025 23:59

Arzusu vəkil olmaq imiş… – Video

Read more
Multimedia 06/05/2025 21:38

Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü – Video

Read more
Multimedia 06/05/2025 15:29

Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət – Video

Read more
Multimedia 06/05/2025 14:08

Leyla Əliyevanın şir balası ilə maraqlı – Görüntüləri – VİDEO

Read more
Multimedia 06/05/2025 10:53

Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 06/05/2025 09:58

Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş – Video

Read more
Multimedia 06/05/2025 09:29

“Şəhidlər ölməz, vətən bölünməz” – Hərbçilərimiz Moskva küçələrində-Video

Read more
Multimedia 05/05/2025 23:35

Rusiyaya getmək çətinləşir – İyunun 30-dan kod alınmalıdır+Video

Read more
Multimedia 05/05/2025 21:53

Bu evlər təhlükə altındadır – Video

Read more
Multimedia 05/05/2025 15:44

Səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanıldı – Foto – VİDEO

Read more
Multimedia 05/05/2025 14:17

“Ulu Vətən” ifası ilə bütün zalı ayağa qaldırdı – VİDEO

Read more
Multimedia 05/05/2025 13:11

FHN Ucar RMX-də təlim keçirdi – Video

Read more
Multimedia 05/05/2025 12:59

“Hamınızın dədəsini yandıracaqlar…” – Video

Read more
Multimedia 05/05/2025 11:08

Azərbaycan dəniz piyadaları təlim keçirdi – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla