Şəki və Cəlilabad rayonlarında istifadəyə yararsız bitkiçilik məhsulları aşkar olunub.

Dövlət Fitosanitar Nəzarəti Xidməti Şəki rayonunda  195 kq, Cəlilabad rayonunda isə 3800 kq yararsız kartofu aşkar edərək satış mərkəzlərindən götürüb. Kartof güvəsi (Phthorimaea operculella Zell) ilə yoluxmuş məhsullar məhv edilib.

Bundan əlavə Cəlilabad rayonu ərazisində yerləşən topdan və pərakəndə satış mərkəzlərində tərkibində nitratın miqdarı normadan artıq olduğu üçün 135 kq üzüm məhsulu satışdan çıxarılaraq məhv edililb.