Mingəçevirdə 51 yaşlı kişi güllələnib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Məhərrəmov Mübariz Məhərrəm oğlunun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı M.Məhərrəmova ov tüfəngindən atəş açaraq xəsarət yetirməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 39 yaşlı Mehnətov Pərvin Qurbanəli oğlu olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə P. Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə etdiyi odlu silah götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo