Cari ilin ilk 5 ayı ərzində Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 325 milyon 640 min manat büdcə daxilolmaları həyata keçirilib.

Bu barədə məlumatı Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi, Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov verib. O bildirib ki, bu ilin 5 ayında qarşıya qoyulan proqnoz 964 milyon 710 min manat olsa da, ödəniş 361 milyon manat çox olub.

Qeyd edək ki, Komitə tərəfindən ötən il büdcəyə daxil olan məbləğ isə 2 milyard 608 milyon 779 min manat olub.

İstinadlar Qafqazinfo