Teleaparıcı Fəxriyyə Lilpar Isayeva verilişlərdən və aparıcılardan danısdı. Aparıcılarda kriterilər necə olmalıdı. Detallı azerbaycan24 əməkdaşının Lilpardan aldığı müsahibədə

-Aparıcının bütün parametrlərə uyğun gözəllər gözəli olması şərt deyıl. Aparıcının ozünəməxsusluğu olmalıdı. O nə ilə isə mütləq seçilməlidi. Ən baslıca üstünlüyü də catdıracagı hansısa məlumatı, söyləyəcəyi hansısa fikri inandırıcı etməli və diktə etməyi bacarmalıdı. O öz gozəlliyini deyıl, çatdırma xüsüsüyyətini önə çəkməlidı…

Üslüb…?

– Yerli teleməkanlarda mövzular və aparıcılar tandemində uyğunsuzluq müşahidə olunur. Məsələn, hansısa sosial-məişət movzulu verilişləri cavan, təcrübəsiz və aşırı dərəcədə xüsüsu bəzənmış bir aparıcının aparması mövzunun ciddiliyini geridə qoymuş olur. Dünya təcrübəsində bu qəbildən olan verilişlərı yaşlı və yetərıncə həyat təcrübəsı olan aparıcılar aparır. Bu daha ınandırıcı təsır edır.

Verilişlərın davamlılığı…?

Hə, bax bu çox önəmlidi. Hələ yaxın keçmisimizdə öz teleməkanımızda bır sıra verilişlər olub ki, onlar uzun illər yayımlanıb elə eynı aparıcı tərəfindən. Bilirsiniz, bəzən tez-tez dəyişkənlik süuraltı insanların hər hansı bir şeyə bağlılığına təsır edir. Belə bir mısal var: yaşlı bır cütlükdən sorusurlar kı, niyə indi ınsanlar bir-birindən tez ayrılır, əvvəllər belə deyildi. Yaşlı ınsan cavab verir ki, əvvəllər biz cırılan bir səyi tikir, qırılan bir səyi təmir edib istifadə edirdik. Dəyışkənliyə meyl və yenilik axtarışı insanlara  birmənalı təsir edir. Düsünürəm ki, alışqanlıq davamiyyətə rəvac vərən səbəbdir kı, bu da müsbət xüsüsiyyətdir.

Oxumağa dəyər:   Gömrükdə pirotexniki vasitə əməliyyatı - Video

Ünsiyyət..?

Bu çox vacib nüansdır. Kontakt..! Tamaşaçı və ya dinləyici arasında yaranan bu bağlılıq deməzdim çox şeyi, deyərdim kı, hər şeyi həll edir. Aparıcı gözəl olmaya bilər, hətta təcrübəsiz belə ola bilər. Amma yeganə bir xüsüsiyyət onu və apardığı verilişı yaşada bilir. Bu da səmimiyyətdir. Yalnız və yalnız səmimiyyət. Amma hətta bu da dərəcəsində… Bizdə belə bir tendensiya var kı, verilişlərdə, xüsüsən də yumoristik verilişlərdə aparıcılar və qonaqlar öz  aralarında öz münasibət mətbəxlərini açacaq dərəcədə və kücədə, yaxud evdə öz aralarında necə danışırlarsa elə də efirdə danışırlar. Həmkarlarımı çox sevirəm və hər birini də izləyirəm ( bəzən hər kəs deyir yox mən verilişlərə baxmıram). Ozü də dəqiqliklə və sevə-sevə izləyirəm. Lakın aşırı səmimiyyətə və çox açıq-saçıq zarafatları gec curə qəbul etmirəm.Düsünürəm kı, bu ndividual olan münasibət publikaya yansımamalıdı. Ünsiyyətdə tamasaçı və dinləyiciyə hər an təsir gücünə malik güclü bır mexanizmdi televiziya.

Estetika…?

Efir səliqə- səhman, estetik gözəllik sevir. Bəzən verilişlərın ərsəyə gəlməsində böyük maliyyə tələb olunur və bunun alınmaması səbəbilə verilişin estetikası məzmunu kölgədə qoyur. Yəqin ki, bu bütün həmkarlarımın ən yaralı yerıdır. Amma bu halda belə çıxış yolu var. Yəni dekorasiyaların rəng harmoniyası ilə estətik görünüşü zənginləşdirmək olar.

Danışıq tərzi..?

Bax bu çox vacib məsələdi. Hətta deyərdim kı, olmazsa olmazı..! Aparıcının hər şeyi bağışlanılandı. O verilişə hazırlıqsız çıxa bilər, movzunu tam dərk etməyə bilər, özünə sığal cəkməyə bilər. Amma onun qətiyyən dilində qüsur olmamalıdı ! Xüsusən pəltəklık. Ləhcə ümümiyyətlə qəbul olunmazdı. Televiziya çox güclü təbliğat makinasıdır. Bu mənada səliqəli, dogru-düzgün danışıq tərzı əsas şərtdır. Onsuz da qonşu telekanalların bizim dilimizə sırayətı qaçılmazdı. Yəqin ki, hər kəsın evində körpə uşaqlar var və onlar da öz fikirlərini türk və ya rüs dilində deyə bilirlər. Xüsüsən də türk dilində danışırlar. Bu halı aparıcıların danışıq tərzində də müşahidə etmək olur.  Bu isə dilimizin saflığının qorunmasına mane olan başlıca səbəbdir. Sizə bir misal çəkim, “selfi” sözü son zamanlar dəbdə olan və çox işlənən bir sözdür. Türkiyədə bu söz müzakirə olundu və qərara gəlindı ki, “selfi” sözü “özçəkim” sözü ilə əvəz olunsun. Bu tipli yəni sözlərin alternativini biz də işlədə bilərik. Bu həm dilimizi qoruyar, həm də zənginləşdirər. Vurğulara gəlincə, burada da diqqətli olmaq lazımdı. Bilirsiz, bunları aparıcılar və muxbirlər bilməyə bilər. Cünki, məlumatların böyük əksəriyyəti xarici mənbələrə istinad olunur, bu da sözlərin tələffüzündə və vurğularda öz əksini tapır. Hətta sizə deyim kı, mən də bəzən çaşıram. Bunun üçün hər telekanalda peşəkar mütəxəssıs olmalı və bu mütəxəssıs gündəlik olaraq izləməli və iradları bildirməlidir.

Oxumağa dəyər:   Gömrükdə pirotexniki vasitə əməliyyatı - Video

Mövzular..?

Mövzu seçimi… Bax, bu da çox vacib şərtlərdən biridir. Ətiraf edək ki, böyük əksəriyyət tamaşaçı asan, tez həzm olunan, yüngül mövzulara üstünlük verır. Hesab edirəm bu da gündəlik həyat tərzinin gərgin olmasından irəlı gəlir. Qaçhaqaç həyat tərzi keçirən biri dincəlmək üçün təbii ki, əyləncə axtaracaq. Amma bunun üçün gülmək naminə nələrsə etmək olmaz. Bu çox bayağı görünür. Inanın bizim çox gözəl düşünən və tələbkar gənclərimiz var. Mənim aparıcılıq etdiyim veriliş orta yaşlı və düşünən tamaşaçı üçün nəzərdə tutulmuşdu. Qonaqlar cəmiyyətdə mövqeyi olan ziyalılarımız olur. Amma inanın hətta çəkiliş zamanı ətrafda olan gənclər (çəkiliş məkanında işləyən) dəvət olunan həmsöhbətə çox diqqətlə qulaq asır və imzalı kıtablarını istəyırlər. Demək ki, tələb var, yetər ki, bu tələbə uygün məhsul olsun. Demək ki, dincəlmək üçün bəzən gülməyə və güldürməyə ehtıyyac yoxdur.

Oxumağa dəyər:   Gömrükdə pirotexniki vasitə əməliyyatı - Video

Ümumi qənaət..?

Istənilən dövrdə çatışan və çatışmayan cəhətlər olub və olacaq da. Ən başlıcası bu çatışmazlığa qarşı impuls və aradan qaldırılması üçün görülən tədbirlərdır. MTRŞ bu yöndə bir sıra işlər görür. Və müəyyən fikirlərini, irad və tövsiyyələrini bildirdilər. Hesab edirəm həmkarlarım bunu isti qarşılamalı və onlara olan diqqəti önə çəkərək olan bütün fikirlərlə hesablaşmalıdırlar. Həmkarlarım çox çalışqan, işgüzar və zövqlüdürlər. Hər birinə uğurlar diləyirəm.