Azərbaycanın Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından “Qafqazinfo”ya bildirilib ki, sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğın¬söndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dolu növbəti avtomobil yola salınıb.

İstinadlar Qafqazinfo