
Bakı sakininə vintaçan (“atvyorka”) ilə ağır xəsarət yetirilib.
Hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində baş verib.
1996-cı il təvəllüdlü Canbaba Osmanov deşici alətlə 1992-ci il təvəllüdlü Toğrul Əhmədova zərbə endirib. Nəticədə alət T.Əhmədovun qarın boşluğuna daxil olub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polisin keçirdiyi tədbirlərlə C.Osmanov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.