ABŞ-da 30 il əvvəl dondurulmuş embrionlar sayəsində əkiz uşaq dünyaya gəlib.

Mütəxəssislər bunu yeni dünya rekordu hesab edirlər.

Belə ki, əkizləri dünyaya gətirən cütlüyün dörd uşaqları var, lakin əkizlər bir aylıq olmasına baxmayaraq, digər uşaqlarından böyükdürlər.

34 yaşlı qadın və onun 50 yaşlı əri embrionlarını dondurmaq qərarına gəlib və 1992-ci ilin aprelində IVF əməliyyatı keçiriblər.

Cütlük 2007-ci ilə qədər gözlədikdən sonra başqa bir ailənin onlardan istifadə edə biləcəyi ümidi ilə onları Tennessi ştatındakı Milli Embrion Donorluq Mərkəzinə bağışlayıb.

Cütlük daha çox uşaq sahibi olmaq istədikləri zaman embrionlardan istifadə edilib.

Embrionlar bu il fevralın 28-də əridilib. O, dondurulduqdan 29 il 10 ay sonra mart ayında implantasiya edilib. Köçürmələrdən ikisi uğurlu olub və uşaqlar oktyabrda dünyaya gəlib.

 

 

İstinadlar CNN, Qafqazinfo