Şüvəlan qəsəbəsində qız dayısına balta ilə hücum edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1949-cu il təvəllüdlü Adil Mənsur oğlu Şükürov bacısı qızı, 1989-cu il təvəllüdlü Dibirova Elvira Şaban qızının hücumuna məruz qalıb. Belə ki, 30 yaşlı qız balta ilə dayısına xəsarət yetirib.

Hadisəni törədən E.Dibirovanın ruhi-əqli vəziyyətinin yerində olmadığı qeyd edilir.

Yaralı A.Şükürov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Vəziyyəti stabildir.

İstinadlar oxu.az