Biləsuvar rayon Əliabad kənd sakini, 1991-ci il təvəllüdlü Qasımov Elsevər Kəmaləddin oğlu itkin düşüb.

Bu onun ailə üzvləri məlumat veriblər.

Bildirilib ki, E.Qasımov 12 yanvarda səhər saatlarında otlaq sahəsinə getmək üçün evdən çıxıb, geri qayıtmayıb.

Nitq qüsurlu olan 30 yaşlı şəxsin əynində hərbi şalvar, sarı gödəkcə, ayağında qaloş, başında isə yun papaq olub.

Ailə bu barədə Biləsuvar Rayon Polis İdarəsinə məlumat verib.

Elsevəri görənlərdən bu nömrə – 051-837-25-49 ilə əlaqə saxlanılması xahiş olunur.

İstinadlar Qafqazinfo