BMT-nin missiyası Qarabağa gəlib.

Missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

BMT missiyası Xankəndinə keçdilər.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

***

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Xankəndi-Laçın yolunda olublar.

BMT-nin Azərbaycandakı rezident əlqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.


İstinadlar APA , Qafqazinfo