Samuxda ailədaxili cinayət hadisəsi baş verib.

Rayonun Kolayır kəndində  1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb.

Bədən xəsarətləri alan qadın orada ölüb.

Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var.

Qeyd edək ki, A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

İstinadlar APA , Qafqazinfo