“2024-cü ildə cari ilə nisbətən 3.5 milyon manata yaxın məbləğin elmə ayrılması planlaşdırılır”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, əsas prioritet məsələ gənclərin elmə axınını artırmaqdır.

Agentliyin direktoru onu da qeyd edib ki, elmin maliyyələşdirilməsi mexanizmlərinin hazırlanaraq dövlət qurumlarına təqdim olunması nəzərdə tutulur.

***

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qeyd edib ki, 2023-2024-cü tədris ilində peşə təhsili alan qadınların sayı 6 931 nəfər təşkil edib. Bu da əvvəlki illərlə müqayisədə 10 % artım deməkdir.

Onun sözlərinə görə, bu göstərici hədəflənən rəqəmdən azdır. Əlavə olaraq bildirib ki, həmişə olduğu kimi, aşpazlıq ixtisası üzrə tələb daha çoxdur.

Lamiyə Məmmədova

İstinadlar Qafqazinfo