Qazaxda 27 yaşlı gənc bədən xəsarətləri alıb.

Rayonun Çaylı kənd sakini, 1995-ci il təvəllüdlü Təvəkkül Musayev qarın nahiyəsinin yuxarı və aşağı ətraf hissələrinin kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. 

İlkin məlumata görə, gənc oğlan özü özünə kəsici və deşici alətlə xəsarət yetirib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli

İstinadlar Qafqazinfo