26 yaşlı gənc bıçaqlandı

Gəncədə cinayət törədilib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Əhmədov Rabil Şahmar oğlu döş və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan gəncin vəziyyəti orta ağır qiymətləndiriıir.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Elmar Əli

İstinadlar Qafqazinfo

26 yaşlı gənc bıçaqlandı

Şəmkirdə bıçaqlanma olub.

Şəmkir şəhər sakini 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir.

Onun kim tərəfindən və harda bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.