Daha bir koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb.

DİN-dən verilən məlumda bildirilir ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 24 yaşlı Elçin Əmirxanov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb. E.Əmirxanov barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

İstinadlar Qafqazinfo