Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda bildirib.

“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, – N.Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, son sutkada Ermənistanda COVID-19-dan daha 9 nəfər ölüb.

İstinadlar Report