Samur-Abşeron su kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər suda batıb.

FHN-in mətbuat xidmətindən  verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri axtarış işlərinə başlayıblar. Nəticədə 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo