Sabirabadda 23 yaşlı gənc özünü asıb.

 

Hadisə rayonun Kovlar kəndində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Zeynalov Şamil Zeynal oğlu yaşadığı həyətdə özünü əncir ağacından asaraq intihar edib.

Onun meyiti yaxınları tərəfindən aşkar edilib.

İntiharın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

İstinadlar oxu.az