Dünən Masallının Ləngan kəndində, Qızılağac-Göytəpə yolunda 2 avtomobil və 1 avtobusun toqquşması, nəticədə 22 nəfərin xəsarət alması hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Mercedes” markalı avtobusun “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri ilə toqquşmasının çoxsaylı xəsarətlərlə nəticələnməsi faktı ilə əlaqədar Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə iş açılıb. Faktla bağlı ekspertizalar təyin edilib, digər zəruri araşdırmalara başlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 22 nəfər xəsarət alıb. Onların əksəriyyəti ilkin tibbi yardımdan sonra evə buraxılıb. Bir neçə nəfər isə Cəlilabad və Masallı rayonlarındakı xəstəxanalara yerləşdirilib.

Nizam Rza

İstinadlar Qafqazinfo