Saatlıda avtomobil piyadanı vuraraq öldürüb.

Rayonun Bəylər kənd sakini, 2000-ci il təvəllüdlü Ədilov Vüqar İlqar oğlu Potubəyli kəndi ərazisində yolu keçmək istəyən zaman “Mercedes” markalı minik avtomobili onu vurub. Ağır xəsarətlər alan V.Ədilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli

İstinadlar Qafqazinfo