
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlayb.
Məlumata görə, bu məqsədlə standartlaşdırma subyektləri və digər maraqlı tərəflər növbəti 3 il ərzində qəbul olunması nəzərdə tutulan dövlət standartları barədə təkliflərini https://azstand.gov.az/az/standartlasdirma-uzre-milli-proqram linki üzərindən müvafiq nümunə formasını doldurmaqla 15 gün ərzində təqdim edə bilərlər.
“Standartlaşdırma haqqında” qanunun 6-cı maddəsi və Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, dövlət standartlarının hazırlanması prosesi milli standartlaşdırma qurumunun formalaşdırdığı, təsdiq və nəşr etdiyi üçillik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir.