Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var
Əfqanıstanın paytaxtında partlayış törədilib. Məlumata görə, hadisə günorta saatlarında Kabilin qərb hissəsində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, qadınlar və uşaqlar da daxil olmaqla daha 7 nəfər yaralanıb.