Boris Conson Vladimir Putinlə danışacağını bildirib
Böyük Britaniyanın Baş naziri Boris Conson fürsət düşən kimi Rusiya Prezidenti Vladimir Putinə zəng etməyə çalışacaq. Bu barədə Boris Conson özü bildirib. “Bacardıqca prezident Putinlə danışacam”, – Conson deyib.