“Gartner” analitik şirkəti qlobal informasiya texnologiyaları bazarı üzrə yeni proqnozunu dərc edib: bu sektorda dünyanın müxtəlif regionlarında pandemiya və iqtisadi çətinliklər səbəbindən qeydə alınmış ötənilki azalmadan sonra artım müşahidə olunacaq.

Analitiklər hər cür elektron qurğular, korporativ sinfə məxsus proqram təminatı, məlumatların işlənməsi mərkəzləri üçün sistemlər, İT xidmətləri və rabitə xidmətləri sahəsi üzrə xərcləri hesablayıblar.

2020-ci il üzrə bu sahənin həcmi 3,76 trilyon dollar olub. Bu, ötən illə müqayisədə 2,2% daha azdır. Elektron qurğular seqmentində daha böyük azalma qeydə alınıb: tədarükçülərin gəliri 6,9 % azalıb.

Lakin artıq bu il qlobal İT sahəsində artım qeydə alınacaq. “Gartner”in mütəxəssislərinin hesablamasına görə cari ildə İT sahəsinin həcmi 2020-ci illə müqayisədə 8,4% yüksələrək 4,07 trilyon dollar təşkil edəcək.

Emil Hüseynov

İstinadlar ict news