
“Hesab edirəm ki, 2016- cı ilin ağır il olmasına baxmayaraq mühüm sosial-iqtisadi layihələrin icrasına nail olunub. İqtisadiyyatın yeni reallıqlara adaptasiyası baş verib”.
Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında səsləndirib. O, qeyd edib ki, hazırda neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür: ” O cümlədən, yeni fiskal qaydalar hazırlanmaqdadır. 2018- ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb”.
Nazir qeyd edib ki, dövlət müəssisələrinin dividendləri ilə bağlı proqnoz göstəriciəri dəyişə bilər: “İcra olunmayan dividendlər maliyyə sektorunda fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üşün ağır il olub. Buna görə də dividendlərin ödənilməsində problemlər var.
Bundan əlavə, cari ilin büdcəsində özəlləşmə ilə bağlı proqramlar var. Səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərar verilib. Bu sahədə böyük işçi qüvvəsi fəaliyyət göstərir. Ona görə də bu sektora həssas yanaşmalıyıq. İcbari tibbi sığıorta ilə bağlı məsələlər pilot layihə kimi Mingəçevir və Yevlax rayonlarında uğurla həyata keçirilməkdədir. Digər şəhərlərdə layihə həyata keçiriləcək”.