ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının 2014-cü ilin avqustundan Suriya və İraqa endirdiyi hava zərbələri nəticəsində azı 1139 dinc sakin həyatını itirib.

Bu barədə koalisiyanın bazar günü yaydığı məlumatda deyilir.

“2014-cü ilin avqustundan 2018-ci il noyabrın sonunadək olan dövrdə koalisiya ümumilikdə 31 min 406 hava zərbəsi endirib. Bu dövrdə, mövcud məlumatlara görə, azı 1139 dinc sakin aviazərbələr nəticəsində qəsdən olmadan həyatını itirib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, koalisiya 2014-cü ildən müttəfiqləri və onların da tərəfdaşları ilə birgə İraq və Suriyanın bir sıra rayonlarında İŞİD-lə mübarizə aparıb və təqribən 8 milyon iraqlı və suriyalını azad edib.

Daha əvvəl ABŞ-ın öz hərbçilərinin ilk qrupunu Suriyadan çıxardığı məlum olub.

İstinadlar Report