“Prezident İlham Əliyev tərəfindən “Əmək pensiyaları haqqında” qanunvericiliyə müvafiq dəyişikliklər edilərək imzalanıb. Həmin dəyişikliyə görə, pensiyaların məbləği 1 oktyabr 2019- ci il tarixindən 160 manatdan 200 manata çatdırılacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O qeyd edib ki, bu da təxminən 25 faizlik artımdır:

“Bu islahatın əhatə dairəsi də hesablamalara görə, 700 minə yaxın pensiyaçını əhatə edəcək. Bu islahatın da maliyyə dəyəri 200 milyon manata yaxındır. Əlavə 70 milyon manat da bu islahata cəlb ediləcək. Belə ki, 1 oktyabr 2019- ci il tarixdən etibarən ölkədə 200 manatdan aşağı minumum pensiya alan vətəndaşımız olmayacaq. 200 manatdan yuxarı pensiya alanların isə pensiyasında dəyişiklik olmayacaq. Pensiyaların adekvatlığının təmin olunması sırf indeksasiya üzərindən aparılır. Hər il ölkə üzrə əməkhaqlarının artım tempinə uyğun olaraq indeksasiyalar aparılacaq”.

İstinadlar Qafqazinfo