Qaxda 20 yaşlı gənc bıçaqlanıb.

Hadisə bu gün axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Qax şəhər sakini, 2002-ci il təvəllüdlü Təbriz İsmayılzadə kəsilmiş, deşilmiş bıçaq yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Hazırda Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mübariz Muradov

İstinadlar Qafqazinfo