Bakıda 20 nömrəli məktəb-liseydə şagirdlərin kütləvi şəkildə qızılcaya yoluxması ilə bağlı iddialar yayılıb.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilir.

Məktəbdən media sorğusuna cavab olaraq bildirilib ki,  9 şagird və 1 müəllim qızılcaya yoluxub: “Məktəbdə bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb”.

 

İstinadlar Qafqazinfo