Jurnalist Cavanşir Həsənli İspaniyada 2,2 milyonluq saatı oğurlanan şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 22 yaşlı oğlu Sübhan Məmmədli olduğu haqda məlumat yayıb.

Yayılan məlumatları dəqiqləşdirmək üçün AAYDA-ya müraciət etdik.

Agentlikdən saytımıza bildirilib ki, bu məlumatların heç bir əsası yoxdur: “Onu yayanlar hardan bildilər ki, bu şəxs Sübhan Məmmədlidir? Tamamilə yalandır, belə bir şey yoxdur, cəfəngiyyatdır”.

Məlumata görə, 22 yaşlı azərbaycanlı gənc İbiza adasında olarkən naməlum şəxs ona hücum edərək saatını alıb və ona bir-iki zərbə də vurub. Oğurlanan “Richard Mille” markasına aid “50-03 McLaren F1” model saatdan dünyada cəmi 75 ədəddir.

 

İstinadlar Qafqazinfo