Hind kinosunun ulduzu və model Ayşvariya Ray bu gün 45 yaşını qeyd edir.

Azərbaycan 24 yada salır ki, 1994-cü ildə Dünya Gözəli seçilən Ayşvariyanın kinoda debütü “Tandem” filmi ilə olub. 2002-ci ildə çəkildiyi “Devdas” filmi isə onu dünyaya tanıdıb.

Bundan sonra Hollivuda dəvət alan Ray, Kann kinofestivalında münsiflik edən ilk hindli olub.

Abişek Baççanla ailə quran aktrisanın Aaradhya adlı bir qız övladı var.